Aran bölgəsinin sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan görən əhaliyə kömək məqsədilə yardım kompaniyasına start veriblər.
Ednews Bizim.Mediaya istinadən xəbər verir ki, səhər saatlarından başlayan aksiyada Ucar və Göyçay rayon sakinləri fəal iştirak edirlər.
Belə ki, onların topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələr rayon ərazisində yerləşən müxtəlif ünvanlarda toplanır.
Artıq bu gün ərzində təkcə Ucar rayonundan 3 ədəd yük maşını Türkiyəyə göndərilməsi üçün Bakı şəhərinə yola düşüb. Sabah isə Göyçay rayonundan olan sakinlərin topladığı müxtəlif geyim, istilik və quru ərzaqla dolu yük maşınları Bakı şəhərinə göndəriləcək.
Rayon sakinləri Bizim.Media-nın yerli bürosuna bildirib ki, aksiya başladığı andan etibarən rayonda hamı bu aksiyada fəallıq nümayiş etdirirlər.