Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ötən gün qırmızı rəngli köhnə avtomobili ilə Türkiyədə başvermiş zəlzələdə zərərçəkənlərə yardım daşıyan Sərvər Bəşirliyə zəng edib.
Ednews xəbər verir ki, diplomat bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“Ölkəmizdəki zəlzələlər sonrası tək ürək olan, gücü çatdığı qədər yardım səfərbərliyinə girişən bütün Azərbaycan həmrəyliyinin simvolu halına gələn Sərvər Bəşirli qardaşımıza zəng vuraraq ölkəmiz və millətimiz adından təşəkkür etdim. Böyük ürəkli qardaşım mənim”, - deyə səfir paylaşımda qeyd edib.