Rusiya Silahlı Qüvvələri tərəfindən atılan 2 ədəd qanadlı raket Ukraynanın Moldova ilə sərhədini keçib.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrini komandanı Valeriy Zalujnı “Telegram”da bildirib.
Onun sözlərinə görə, yerli vaxtla təxminən saat 10:30-da bu raketlər Rumıniyanın hava məkanını da keçib, sonra onlar yenidən üç ölkənin sərhədinin kəsişdiyi yerdən Ukrayna ərazisinə daxil olub.
Zalujnı qeyd edib ki, raketlər Qara dənizdən buraxılıb.