Məşhur türk aktyor Orhan Aydının ailəsində faciə baş verib.
Ednews xəbər verir ki, aktyorun Hatayda yaşayan qızı zəlzələ zamanı dağıntılar altında qalaraq ölüb. Dağıntıntılar altında qalan Eylem Şafak Aydının cəsədi çıxarılıb.
Qeyd edək ki, 75 yaşlı Orhan Aydın indiyədək Azərbaycanda da böyük maraqla izlənilən serial və filmlərə çəkilib.
Türkiyə Kommunist Partiyasının üzvü olan aktyor 24 iyun 2018-ci ildə keçirilən seçkilərdə İstanbuldan deputatlığa namizəd olub.