“Əgər xalq yazıçısı tənqid olunursa, bu ilk növbədə onun ictimai-siyasi mövqeyilə bağlıdır” Gənc yazarlar kimləri bəyənmir?

Cəmiyyət 14:46 23.02.2023
Son zamanlar ədəbiyyat sahəsində gənclər xalq şair və yazıçıları haqqında tənqidi fikirlər səsləndirirlər. Maraqlıdır, gənc ədəbiyyatçılarımızın tənqidləri nəyə əsaslanır? Mövzu ilə bağlı bəzi gənc yazarların fikirlərini öyrənməyə çalışdıq. 
 
İlk olaraq, Ednews-a danışan gənc yazar Orxan Saffari şair və yazıçılara verilən fəxri adların gərəksiz olduğunu deyib.
 
“Ümumiyyətlə, müasir dünyada fəxri adlar mənasızdır. Bu adlar şəxsin yaradıcılığı, ədəbi fəaliyyəti haqqında heç nə demir. Düşünmürəm ki, bu adlar konkret olaraq istedada görə verilir. Fəxri ad almayan yazıçı, şairlər var ki, bu ada layiq görülənlərdən daha istedadlıdır. Təəssüflər olsun ki, Azərbaycan kimi ölkələrdə bu cür dəyərləndirmələr hələ də davam edir, olsun. Amma heç olmasa, bir az ədalətli olsun. Hazırda fəxri ada layiq görülən kəslər istisnasız olaraq bu adı ictimai-siyasi fəaliyyətlərinə görə alır. 
 
Sevdiyim, oxuduğum yazıçılar var. Fəxri  adı əlindən alınmış Əkrəm Əylislini daha güclü ədəbiyyatçı hesab edirəm, nəinki, Yazıçılar Birliyinin sədri Anarı. Təbii ki, hər kəsin öz şəxsi fikri və yanaşması var. Hekayə janrında rus ədəbiyyatından Çexovu özümə daha yaxın hiss edirəm. Azərbaycan ədəbiyyatından isə Sabir Əhmədli, İsa Hüseynov, İsi Məlikzadə sevdiyim yazarlardandır”.
 
Gənc yazar Ayxan Ayvaz da fəxri adları Sovet dövrünün qalığı hesab edir. O bildirir ki, artıq bu cür titullardan imtinanın zamanı yetişib: 
 
“O vaxt bir araşdırma etmişdik. Məlum oldu ki, bu titul ancaq bizdə qalıb. Mənə görə, ilk növbədə mətn, məzmun önəmlidir. Yazıçını mətnilə tanıyıram. Əgər xalq yazıçısı, xalq şairi tənqid olunursa, bu ilk növbədə onun ictimai-siyasi mövqeyilə bağlıdır. Şəxsin ictimai-siyasi mövqeyi onun yaradıcılığının qiymətləndirilməsinə təsir etməməlidir.  
 
O qeyd edib ki, gənc yazarlar təəssüf ki, daha çox xarici ədəbiyyata meyillidirlər:
 
“Gənclər Azərbaycan dilində orijinal yazılmış mətnlərlə tanış olmurlar. Ona görə də yazdıqları dilimizin qanunauyğunluqlarına tabe olmur. Nəsə əcaib bir dil ortaya çıxır”.
 
Gənc yazar Emin Piri mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, müasir ədəbiyyatımızda gənc yazarlar ötən əsrin fəxri ada layiq görülən ədəbiyyatçılarından daha çox tanınır:
 
“Ədəbiyyatımızda fəxri ad alan ilk şair Səməd Vurğun olub. Bu da təxminən 70 illik zaman kəsiyini əhatə edir. Yaradıcılıq üçün, yüksək ədəbi dəyəri ilə gələcəyə ötürülə bilən bədii əsərlər yaratmaq üçün bu rəqəm çox azdır. Adlarla bağlı müzakirə aparsaq, bəli, elə şəxslər var ki, hazırda ən zəif hesab etdiyimiz gənc şair, yazıçının əsərləri belə onların yaradıcılığından daha çox tanınır. Fəxri ad almış çox sayda ədəbiyyatçı artıq unudulub, onları heç kim oxumur. Sovet dövründə müəyyən siyasi-ictimai missiyalarına görə kimlərəsə fəxri adlar verilirdi. Azərbaycanda “xalq yazıçısı” adını ilk dəfə 1930-cu illərdə erməni əsilli dramaturq Aleksandr Şirvanzadə alıb. Onu heç tanıyan yoxdur, adı sadəcə rəsmi mənbələrdə çəkilir. Bəzi xalq şair və yazıçılarının yaradıcılığı ədəbiyyatımıza heç bir töhfə verməyib, onların əsərlərini də dərsliklərdən çıxarmaq lazımdır”. 
 
Emin Piri fəxri adlardan tamamilə imtinanın doğru olmadığını da qeyd edib:
 
“Birtərəfli yanaşmasaq deyə bilərik ki, qərbin də kapitalist dünyasında özünəməxsus mükafatları var. Fransa, İngiltərə, Almaniya kimi Avropa ölkələrində də orden, medallar mövcuddur. Fəxri adların formatını, verilmə şərtlərini dəyişə bilərik, lakin bunlardan tamamən imtina da mümkün deyil və düzgün deyil”. 
 
O, istedadlı gənclərin problemlərinə də diqqəti yönəldib:
 
“Bəzən yaşlı nəslin gənc ədəbiyyatçılara qarşı qəribə yanaşmasının şahidi oluruq. Bu yanaşma elə onların öz uğursuzluqlarından xəbər verir ki, gəncləri qəbul etməkdə çətinlik çəkirlər. Bu gün deyə bilərik ki, müharibə ədəbiyyatının ən gözəl nümunələrini gənc nəsil yaradır. Pafosdon, sovet ruhundan uzaq…  
 
Ədəbiyyat sahəsində, ümumiyyətlə cəmiyyətdə layiq olduğu dəyəri görməyən gənc yazarlarımız var. İstedadlı yazarlarımızın əsərlərinin təbliğatını aparmaq lazımdır. Onları tərcümə edib xaricdə tanıtmağa ehtiyac var. Bəzi şəxslərə müəyyən səbəblərdən o gənclərin tanınması sərf etmir. Ədəbiyyatçının işi yazıb yaratmaqdır, töhfə vermək yox. Avropanın, Çinin, Yaponiyanın Aqşin Yeniseyi, Kəramət Böyükçölü, Aqşin Evreni, Emin Pirisi olsaydıq indi on minlərlə kitabımız satılardı, daha böyük işlərlə məşğul olardıq. Ölkədə yaradıcı insanlar üçün mövcud olan imkanlar təəssüf  ki, kifayət deyil”.
 
 
Törə Zeynallı
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
Hamısı