Suriyanın Atarib qəsəbəsində çökmüş binanın dağıntıları altından çıxarılan və öldüyü zənn edilən suriyalının sağ olduğu qəbiristanlıqda məlum olub.
Ednews xəbər verir ki, Suriyanın Atarib qəsəbəsində çökən binanın dağıntıları altından çıxarılan suriyalı gəncin heç bir həyat əlaməti göstərmədiyi üçün öldüyü düşünülüb.
Axtarış-xilasetmə qrupları kişinin cansız cəsədini şəxsiyyətinin müəyyən edilməsi üçün cəsəd torbasına qoyub və morqa aparıb.
Yerli mətbuatın məlumatına görə, iki gün morqda gözlədikdən sonra Əhməd əl-Mağribinin ailəsi ilə əlaqə saxlanılıb. Ailə kişinin kimliyini təsdiqləyib və meyiti basdırmaq üçün qəbiristanlığa gediblər.
Hamını təəccübləndirən o ana qədər ölmüş kimi görünən adam qəbiristanlığa çatanda yerindən tərpənməyə başlayıb.
Yerli mətbuatda bildirilirdi ki, ürəyi dayanan adamın yenidən həyata qayıtması çox nadirdir.
Ayan Rzayeva