1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişər.
Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür. Soyqırım zamanı şəhərin 5379 nəfər əhalisi itgin və didərgin düşmüş, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmişdir.
Xocalı sakini, soyqrımının canlı şahidi Mürvət Məmmədov ailəsinin və özünün üzləşdiyi vəhşilikləri, işgəncələri Ednews-la bölüşüb. O bildirib ki, indiyə kimi faciədən sonra atasından və iki qardaşından xəbər ala bilməyib.
Sözügedən video-müsahibəni təqdim edirik.