Rusiya sülhməramlılarına aid avtomobillərin Laçın-Xankəndi yolunda dinc xarakter daşıyan aksiya ərazisindən keçidinə növbəti dəfə şərait yaradılıb.
Ednews xəbər verir ki, bu dəqiqələrdə sülhməramlıların üç yük, bir minik avtomobili aksiya ərazisindən sərbəst keçərək Xankəndiyə gedib.
Ekoaksiyanın 76-cı günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir.