Təcrübə tələbi işsizlər ordusunun artmasına şərait yaradır?– Vəkildən HÜQUQİ AÇIQLAMA - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Təcrübə tələbi işsizlər ordusunun artmasına şərait yaradır?– Vəkildən HÜQUQİ AÇIQLAMA

Cəmiyyət A- A A+

Son zamanlar universiteti bitirib iş həyatına qədəm qoymaq istəyən gənclərin ən böyük problemi işəgötürənlərin təcrübə tələbidir. Bu isə yeni işləmək istəyən namizədlər üçün bir çox çətinliklər yaradır. Onlar ya işə qəbul olunmur, ya da uzun müddət idarədə təcrübə adı ilə pulsuz çalışmağa məcbur olurlar.

Ümumiyyətlə, yeni işləmək istəyənlərdən təcrübə tələbi nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Ednews-a danışan hüquqşunas Emin Abbasov bildirib ki, tələbə universitetdə təhsil alaraq da iş təcrübəsini artıra bilər bu tamamilə mümkündür və zəruridir.

“Bəzi özəl müəssilər var ki, orada təcrübə tələb olunmur və burada hec bir məhdudiyyət yoxdur. Müsahibədə iş təcrübəsi tələb olunması qanunidir. Tələbələr universitetdə oxuyarkən öz ixtisaslarına uyğun müəssilərdə təcrübə keçərək də təcrübə əldə edə bilərlər. Həmçinin könüllü proqamlarına qoşula bilərlər. Bu proqram çərçivəsində həm də dövlət müəssiələrində də təcrübə keçərək bilik və bacarıqlarını genişləndirə bilərlər. Bundan əlavə təlim və tədbirlərdə də iştirak edərək yeni təcrübələr əldə edə bilərlər. Qanunvericilikdə təcrübə zamanı iş təcrübəsi tələb olunmur. Tələbə asudə vaxtlarını səmərəli şəkildə keçirməli və bir çox bilik və bacarıqlara yiyələnməlidir. Müasir dövrümüz ən azından bunu tələb edir və gənclər üçün bir çox şərait yaradılıb”.

Rübabə Kazımlı



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...