“Elə rəsm əsərlərimiz var ki,onları dünyaya çatdırmaq lazımdır. Elə əsərlər də var ki, öz fondumuzda saxlanmalıdır”.
Ednews xəbər verir ki, , bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət Mədəniyyət Nazirliyi Aparatının Hüquq şöbəsinin baş məsləhətçisi Ülviyyə Fərəcova deyib.
Ülviyyə Fərəcova bildirib ki, rəsm əsərlərinin təqlidi çox böyük vüsət tapıb:
“Bilinmir ki, əsərin əslidir, ya kopyası. Bu zaman milli təhlükəsizlik problemi yaşayırıq. Düşünürəm ki, ölkəmizə, xalqımıza məxsus olan əsərlərə daha çox diqqət edilməli və özümüzdə qalmalıdır”.
Ayan Rzayeva