Umud Mirzəyev Sumqayıt hadisələrindən danışdı: “Separatçılara böyük dərs olmalıdır”

Cəmiyyət 14:10 28.02.2023

Bu gün Sumqayıt hadisələrindən 35 il ötür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

Həm də bu hadisələrdə oynanılan siyasi manevr Sumqayıt olaylarının ermənilər azərbaycanlıların Ermənistandan deportasiyasına başlamaq üçün bəhanə kimi istifadə olundu. Bu günə qədər də ermənilər etnik münaqişənin günahkarı kimi azərbaycanlıları, səbəb kimi isə Sumqayıt hadisələrini göstərirlər.

Sumqayıt hadisələri bağlı Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev danışıb. O, qeyd edib ki, hadisələr onun gözünün qarşısında baş verib. Bu hadisələr ondan əvvəl baş verən hadisələrin məntiqi davamı idi. 

“Ermənistandan böyük köçün başlanması, azərbaycanlıların deportasiya edilməsi, Qarabağdakı deportasiyalar, Xankəndidəki mitinqlər, orada Əli ilə Bəxtiyarın öldürülməsi, bunlar hamısı bir-birinin ardınca böyük şiddətin yaranması səbəb olan məsələlər idi. Digər bir tərəfdən isə bu hadisələri həmin dövr üçün təşkil edən xüsusi xidmət orqanları böyük fəaliyyət göstərirdi. Müxtəlif insanlar arasında ədavətin qızışdırılması üçün müəyyən etnik qruplara dəstəklər verilirdi. Erməni xüsusi xidmət orqanlarının nümayəndələri, Daşnaksutyunun əlləri Azərbaycanın bütün bölgələrinə uzanmışdı”. 

Söhbət zamanı U.Mirzəyev mərhum akademik Ziya Bünyadovun “Sumqayıt hadisləri” ilə bağlı böyük araşdırma məqaləsini  xatırlayıb.

“Rəhmətlik Ziya Bünyadov Sumqayıt hadisələrindən sonra böyük bir araşdırma yazdı. O vaxtların nüfuz qazanmış “Elm” qəzetində çap olunmuşdu. Qəzetin bu aradşırması cəmiyyər arasında əl-əl gəzirdi. Sumqayıt hadisələri birbaşa xüsusi xidmət orqanlarının əli ilə təşkil olunmuş erməni kökənli cinayətkarların fəallığı ilə baş tutmuşdu. O cinayətin başında duran Eduard Qriqoryan həbs olundu və buradan məhkum edilən azərbaycanlılarla birgə Rusiyaya aparıldı. Amm onu məhkəmədən birbaşa azad etdilər. Bu cür fəaliyyətlər Sumqayıtda baş verən hadisələrə dəstək idi”. 

Fond rəhbəri əlavə etdi ki, ermənilər “Sumqayıt, Sumqayıt” deyə qışqırıb hay-küy salmağı xoşlayırlar. Lakin Sumqayıtdakı hadisələrin kimlər tərəfindən törədildiyini dilə gətirə bilmirlər. Məsələyə toxunmaq, onun üstünü açmaq istəmirlər. Bu da əslinə qalanda elə separatçı qüvvələrin iç üzünü açan hadisələrdən biridir. Təbii ki, Sumqayıt hadisələrini pisləyirik. Cinayətkarların hədəfinə tuş gələn günahsız insanların ölümü dərin təssüf hissi yaradır. Öldürülən adamların hamısı separatçı qüvvələrə yardım etməyən ailələrin üzvləri idi. O dövrdə o adamlar Daşnaksutyunun kassalarına, hesab nömrələrinə pul köçürməmişdi”. 

U.Mirzəyev sonda Sumqayıt hadisələrini təşkil edən qüvvələrin əvvəlcədən hazırlıq gördüklərini də vurğuladı.

“Hadisə baş verərkən dərhal beynəlxalq informasiya şəbəkələrində yayılması, çap olunması, göstərilməsi bilavasitə hazırlıqlı bir hadisə olduğuna da dəlalət edirdi. Hesab edirəm ki, bu gün Qarabağda baş verən hadisələr, 44 günlük müharibə separatçı qüvvələrə böyük dərs olmalıdır. Bu gün Laçın yolunda keçirilən dinc aksiyalarla bağlı səsləndirilən şantajlar, yalanlar, böhtanlar Sumqayıtı törədən cinayətkarların tör-töküntülərdir”.

Qeyd edək ki, hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxıb.

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Hamısı