Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün müxtəlif təyinatlı yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Ednews-a verilən məlumata görə, işlər çətin iqlim və relyef şəraitində dayanmadan aparılır.