Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
Bu barədə Ednews-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, - deyə məlumatda qeyd edilib.