Hər il 8 mart qadınlar günü yaxınlaşdıqca özü ilə birlikdə təhsil ocaqlarına da bir sıra problemləri gətirir. Belə ki, məktəblərdə yaranan “müəllimə hədiyyə, yoxsa rüşvət” məsələləri gündəmə gətirir.
Bəs, görəsən həqiqətən də müəllimə hədiyyə vermək rüşvət sayılırmı?
Məsələ ilə bağlı Ednews-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu uzun müddətdir ki, müzakirə olunan mövzudur.
“Ümumiyyətlə belə bir qanun var ki, 60 manata qədər qiyməti olan hədiyyə rüşvət hesab olunmur. Bu qanunvericilkdə də var. Ümumi nəzər saldıqda isə burada hər bir şəxsin fərdi qaydada olan təbrikinə heç kim qarışa bilməz”. Təbii ki, bu könüllü qayda da icra olunmalıdır”.
Ekspert bildirib ki, şagird müəllimə çiçək şirniyyat və s. verirsə buna heç bir halda müdaxilə olunmamalıdır.
“ Heç kəs müdaxilə edə bilməz dedikdə burada sinif yoldaşları və digər məktəb müəllimləri nəzərdə tutulur. Kiməsə hədiyyə verəndə hamıya qiymət təyin etmək təbii ki, doğru yanaşma deyil. Ümumiyyətlə, yaxşı olar ki bu hallara yol verilməsin. Bu həm də cəmiyyət tərəfindən düzgün qəbul edilmir”.
Ayan Rzayeva