Azərbaycanda məktəb direktoru dərsə gecikən şagirdə cəza olaraq döşəmə sildirildiyi iddia edilir.
Ednews xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. İddia edilir ki, hadisə Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə baş verib.
Belə ki, şagirdin bacısı bir neçə gün əvvəl qardaşının dərsə gecikdiyini və bu səbəbdən müəllimin ona cəza verdiyini qeyd edib:
"Cəza olaraq ona məktəbin dəhlizini sildirib, hələ bu azmış kimi hadisənin videosunu çəkib. Daha sonra da bildirib ki, bu hal təkrarlanarsa, növbəti dəfə ona ayaq yolunu sildirəcək".
Şagirdin bacısı həmin müəllimlə əlaqə saxlayıb və hadisənin təfərrüatı barədə məlumat alıb. Müəllim isə bunun daxili prosedur qaydası olduğunu və direktor tərəfindən təyin edildiyini bildirib.
Məsələni diqqətdə saxlayacağıq.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Manset.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.
Aysel Şahmar