Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarının qrafikə əsasən gecikməsinə səbəb dumanlı hava şəraiti olub.
Ednews xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, səhər saatlarında havanın dumanlı olması səbəbindən müvafiq təlimata uyğun olaraq maşinist qatarın sürətini azaldıb. Nəticədə, qatar 9 dəqiqə gecikib.