Hazırda ölkəmizdə 84 seysmoloji stansiya var, onlardan 22-si beynəlxalq qrantlar hesabına qurulub.
Ednews xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadə bildirib.
Onun sözlərinə görə, Şuşada da seysmoloji stansiya qurulub:
“Eyni zamanda, Ağdamda, Kəlbəcərdə, Cəbrayılda bu stansiyaların qurulması planlaşdırılır”.