20 magistral su kanalı bərpa olunacaq - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

20 magistral su kanalı bərpa olunacaq

Cəmiyyət A- A A+
“Hazırda 20 magistral su kanalının və supaylayıcı şəbəkələrin bərpası nəzərdə tutulur”.
 
Ednews xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
 
O bildirib ki, burada 9 min kilometr uzunluğunda şəbəkə və kanaldan söhbət gedir.
 
"Artıq işlərə başlanılıb. Oktyabrda bərpa prosesinin ilkin mərhələsinin yekunlaşması nəzərdə tutulur. Bunun nəticəsində su itkisinin 30 faiz azalması gözlənilir. Digər tərəfdən, əkin sahələrinin 60 faizdən çoxu suvarılan sahələrdir. Su itkilərinin çoxu burada formalaşır. Əsas səbəblərdən biri sistemin köhnə, 70 faizdən çoxunun torpaq məcra olmasıdır".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...