"Autizmin həllində mühüm nəticələrə nail ola bilərik" - Nazir müavini - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

"Autizmin həllində mühüm nəticələrə nail ola bilərik" - Nazir müavini

Cəmiyyət A- A A+
"Biz ələ-ələ verib autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik".
 
Ednews  xəbər verir ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.
 
"Autizm problemi nə qədər erkən aşkarlanarsa, onların cəmiyyətə inteqrasiyası bir o qədər sürətli olur", - nazir müavini vurğulayıb.
 
Onun sözlərinə görə, zəruri müdaxilələr vaxtında həyata keçirilməlidir ki, uşaqların cəmiyyətə inteqrasiyası sürətli olsun:
 
"Belə uşaqların cəmiyyətə inteqrasiyası inklüzivlik qaydası ilə həyata keçirilir".
 
Nazir müavini qeyd edib ki, bu sahə ilə məşğul olan tibb işçiləri üçün davamlı treninqlər təşkil olunur:
 
"Biz ələ-ələ verib bu problemin həllində daha mühüm nəticələrə nail ola bilərik".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...