Mərc oyunlarının gənclərə mənfi təsirləri Sosial şəbəkələr necə qorunur? - AÇIQLAMA

Cəmiyyət 14:45 15.03.2023

Son illərdə ölkədə artan mərc oyunları bir çox xoşagəlməz hadisələrə, hətta intiharlara da səbəb olur. Onlayn platformalardan insanlara təklif olunan bu oyunlara isə nəzarət mexanizmi demək olar ki yoxdur. 

Azyaşlıların bu panellərə olan maraqları isə bəzən çox ağır nəticələnir. Belə ki, bir müddət əvvəl Şirvanda "online" oyunda 800 manat uduzan 2007-ci il təvəllüdlü Əhmədli Cavid Emil oğlu özünü hündürlükdən ataraq intihara cəhd edib. 

Məsələ ilə bağlı Ednews-a danışan deputat Aqil Abbas bidirib ki, ölkədə mərc oyunlarına maraq günü-gündən artır. O, təəssüf hissi ilə qeyd edib ki,  insanlar davamlı olaraq bu oyun növündən istifadə edərək gəlirlərinin bir hissəsini mərc oyunlarına xərcləyirlər.

“Hazırda onlayn mərc oyunları bütün dünyanı öz ağuşuna alıb. Bunun qarşısını almaq isə qeyri-mümkündür. Çünki, bu oyunların güclü təbliğatı gedir. Düşünürəm ki, maarifçilik aparılsa, insanların gözünü az da olsa açmaq olar. Bu da çox çətin məsələdir. Çünki, televiziyalar, küçələr demək olar ki, hər yerdə onlayn mərc oyunlarının reklamı gedir. Əvvəllər  Qara bazar Bakı, Gəncə, Şəmkir, Ağdam da var idi. İnsanlar orada oynayırdı və çox davalar düşürdü. İndi bu oyunlar leqallaşaraq, insanlara açıq-aydın təklif olunur.

Deputat həmçinin qeyd edib ki, ən çox mərc oyunları futbolla əlaqəlidir. 

Bəs, insanlarda azart oyunlara bu qədər maraq haradan yaranır? Ümumiyyətlə, dünya psixoloqlarının fikrincə, bu cür azart oyunlara aludəçilik asan yolla pul qazanmaqdan başlayır. İlk olaraq qalib gələn şəxs pula “şirnikləşləşir” daha sonra isə uduzaraq, borca düşürlər.

Məsələnin bu aspektinə cavabı isə psixoloq Gülnar Orucova ilə aydınlaşdırmağa çalışdıq.

Mütəxəssis vurğulayıb ki, istənilən yaş qrupu asanlıqla sosial şəbəkəyə daxil olraq oradan istifadə edir. 

“Sosial şəbəkədə uzun müddət qaldıqda orada keçən vaxtımızın fərqinə varmırıq. Buna görə də artıq bağlılıq yaranır. Eləcə də bunların yanında paralel sürətdə mərc oyunlarına aludəçiliki başlayır. Mərc oyunları insanların iradəsinin necə zəiflədiyini göstərir. Əvvəllər insanlar narkomoniya, siqaret, spirtli içkilərin aludəçiliyindən əziyyət çəkdikləri üçün psixoloqa müraciət edirdilər, indi isə tam əksinə bizdən mərc azarkeşləri daha çox məsləhət alırlar. Oyuna, mərcə başlayan biri əvvəl buna əyləncə kimi baxır. Daha sonra bu prosses ciddiləşir. Valideynlərin çoxu uşaqları üçün əlindən gələni etməyə çalışırlar. Onlara ən bahalı telefon, ən bahalı əşyaları alırlar. Bunun üçün gecə-gündüz çalışırlar. Düşünürlər ki, bunu alsaq övladığımız daha yaxşı oxuyacaq, daha yaxşı sözümüzə qulaq asacaq. Bu çox səhv düşüncə tərzidir. Ümumiyyətlə, uşaqlara qayğı göstərmək və maraqlanmaq lazımdır. Mühitin insan tərbiyəsində rolu böyükdür. Uşağın maraq dairəsinə mütləq baxılmalıdır”. 

Mövzu elə ilə bağlı informasiya ve texnologiyalar üzrə ekspert Pərvin Əsədov da danışıb. O, bilidirib ki, texnologiya ağıllı şəkildə istifadə olunduqda məlumat və inkişaf mənbəyidir. Lakin nəzarətsiz və həddindən artıq istifadə edildiyində uşaqlar üçün bəzi zərərli tərəfləri ola bilər. 

“Valideynlər uşaqlarını texnologiya dünyasına sağlam şəkildə yönləndirmək üçün kompüter və internet haqqında bilgilər əldə etməlidirlər və onları tətbiq etməkdən çəkinməməlidirlər. Valideynlər uşaqlarından istifadə etdikləri kompüter, proqram və oyunları onlara öyrətməklərini istəyə bilərlər. Ana və atasından daha çox bildiyini düşünməyin uşaq üzərində yaxşı təsiri olacaqdır”.

Ekspertin sözlərinə görə, bəzi valideynlər uşaqlarını bu cür neqativ fikkirlərdən yayındırmaq üçün onların internetə çıxışını kəsir və  kəskin qadağalar tətbiq edirlər. Uşaqlar isə bunun hansı səbəbdən olduğunu bilmədən ata və analarına qarşı aqressiv münasibət bəsləyir və internet klublara üz tuturlar. Doğrudur, axtaran həmişə bir alternativ tapacaq lakin heç bir məlumatı olmayan oğlan və qızları bu cür vəziyyətlərdən qoruya bilərsiniz. Valideynlərə məsləhət olaraq qeyd edə bilərik ki, övladlarınızı bu haqda əvvəlcədən özünüz məlumatlandırın və internetdə bu cür məlumatların da yer aldığını və onlara zərər verə biləcəklərini mütləq başa salın”.

Bəs, dövlət qurumları onlayn oyunlara necə nəzarət edir? Ümumiyyətlə qanunvericilikdə bununla bağlı hansı qanunlar var?

Ednews-un  sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildiriblər ki, Elektron Təhlükəsizlik Xidməti uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. 

“Xidmət tərəfindən uşaqların internetdə qarşılaşa biləcəkləri təhlükələr və onlardan qorunmaq üçün əməl edilməsi vacib olan kibergigiyena qaydaları barədə məktəblərdə şagirdlər, eləcə də müəllim və psixoloqlar üçün təlimlər təşkil edilir. Həmçinin qurumun sosial şəbəkə hesablarında bu istiqamətdə maarifləndirici postlar yayımlanır”.

Aysel Şahmar

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Hamısı