“İşğaldan azad olunmuş ərazilərdə 48 min hektar əkinə yararlı torpaq sahələrində payızlıq arpa və buğda əkilib”.
Ednews xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üçün hesabatını Milli Məclisə təqdim edərkən bildirib.
“Son iki ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün dövlət büdcəsindən 6,5 milyard vəsait ayrılıb. 2022-ci il üçün bu rəqəm 4,3 milyard manat olub. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyətlə bağlı iqtisadi təşviqlər və güzəştlər də tətbiq olunub ki, bu addımlar ərazinin reinteqrasiyasını və iqtisadi inkişafını töhfələr verəcək”, - deyə Baş nazir əlavə edib.