Füzulidə xüsusi ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTOLAR - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Füzulidə xüsusi ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTOLAR

Cəmiyyət A- A A+
Mart ayının 18-də saat 03:40-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.
 
Ednews xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilir. 
 
Məlumatda qeyd olunur ki,  araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilib.
 
Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...