İki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul olunub - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

İki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul olunub

Cəmiyyət A- A A+
Beynəlxalq olimpiada qalibi olan iki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul ediliblər.
Ednews  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd  olunur ki, riyaziyyat fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiadalar qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Cəlil Hüseynov müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan Sinqapur Milli Universitetinə (National University of Singapore), fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiadalar qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Sadiq Sadıxzadə isə müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan London İmperial Kollecinə (Imperial College London) qəbul olunub.
 
Qeyd edək ki, bundan öncə Azərbaycan məktəbliləri Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul olunublar.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...