Ağdamda ekskavator minaya düşdü - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Ağdamda ekskavator minaya düşdü

Cəmiyyət A- A A+
Ağdamda ekskavator minaya düşüb.
 
Ednews  xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.
 
Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.
 
E.Yusifov yüngül dərəcəli xəsarətlər alıb.
 
Araşdırma aparılır.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...