DİN: İnsanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

DİN: İnsanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq

Cəmiyyət A- A A+

Novruz bayramı günlərində də daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ednews-a verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər. 

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq.


Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qüvvə və imkanlar səfərbər ediləcək.

Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaqdır. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...