Bayram günü Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bayram günü Bakıya yağış, dağlıq rayonlara qar yağacaq

Cəmiyyət A- A A+
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən  Ednews-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
 
Martın 20-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...