“Azərsu” 72 milyon dollar pulu “batırıb”

Cəmiyyət 12:20 27.03.2023
Hesablama Palatası "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin icra etdiyi "Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin audit nəticələrini açıqlayıb.
 
Ednews  xəbər verir ki, Palata layihədə çox ciddi qusurlar aşkarlayıb.
 
Qeyd edək ki, Koreya İxrac-İdxal Bankından alınan kredit hesabına həyata keçirilən bu layihə Prezident İlham Əliyevin 29 yanvar 2019-cu ildə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində aparılıb.
 
Layihənin məqsədləri 40000,0 m³/gün gücündə olan Pirşağı Çirkab Sularının Təmizlənməsi Qurğusunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin qorunmasından ibarət olub.
 
Layihə çərçivəsində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran və Maştağa, Abşeron rayonunun Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Məmmədli və Digah qəsəbələrində ictimai su obyektinin keyfiyyətinin qorunması, suyun çirklənməsinin qarşısının alınması və Xəzər dənizində suyun keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilməli idi.
 
Layihənin ümumi dəyəri 72,02 mln. ABŞ dolları olub. Bundan kreditin məbləği 43,5 mln. ABŞ dolları (60,4%), Azərbaycan tərəfinin payının məbləği isə 28,52 mln. ABŞ dolları (39,6%) müəyyən edilib.
 
Hesablama Palatası tərəfindən aparılmış audit acınacaqlı vəziyyəti üzə çıxarıb.
 
Məlum olub ki, lazımi koordinasiyanın qurulmaması şəraitində Qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirilmə aparılmayıb. Bu səbəbdən həmin ərazidə su və kanalizasiya sistemi təchizatının çox aşağı səviyyədə olduğu müəyyən edilib.
 
Qeyd edilənlər səbəbindən yaranmış şərait müvafiq Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərə çatmayıb. Təmizlənmiş suyun keyfiyyət göstəricilərinin Texniki-İqtisadi Əsaslandırma sənədində göstəriləndən aşağı səviyyədə olub.
Qurğu zəmanət sınaqları keçirilmədən istismara qəbul edilib. Palatanın rəyinə əsasən bu isə Qurğunun hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüz edir.
 
Rəydə daha sonra deyilir ki, xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər üzə çıxıb. Bu isə Qurğunun su təmizləmə qabiliyyətini yararsız edib.
 
Çünki kapitallaşdırılmış məsrəflər qismində uçota alınan Qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının Qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib.
 
"Layihənin istismar müddətinin, eləcə də Qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsiylə yanaşı, Qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb”-deyə Palatanın rəyində bildirilir.
 
Qeyd edilib ki, Qurğu tam gücü ilə təyinatı üzrə işləməyib: 
 
"Ümumiyyətlə Qurğunun təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərməməsi Layihənin ekoloji, sosial, və iqtisadi məqsədlərinə nail olunmayıb”.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı