Salyan rayonunda güclü yanğın olub.
Ednews xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatda qeyd olunur ki, rayonun Həsənli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü yanıb.
Yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi 2 nəfər (uşaq) xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Uşaqlardan biri xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.