“Əvvəlki əsasnamədə yalnız xəstəliklərin ağırlıq dərəcəsinə görə təyin olunurdusa, indi orqanizimin 7 əsas fəaliiyətinin pozulma kriteriyalarına baxılır”.
Ednews xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
Onun sözlərinə görə, ötən ilin iyul ayının 1-dən əlilliklə bağlı yeni meyarlar təyin edilib.
“Bura iş, ünsiyyət, hərəkət, davranış və başqa qabiliyyətləri aiddir. Xəstəliklərin sayında kifayət qədər artım var. Əvvəlki əsasnamədə bu qədər çox xəstəliyi olan yox idi. Lakin indi daha aydın və konkret olduğu üçün artımlar müşahidə olunur. Əvvəl bir əsas xəstəlik nəzərə tutulurdusa, indi meyarlar çox olduğu üçün xəstəliyin nə qədər olduğunu tapmaq mümkün olur. Hazırda 35 %-dən 100 %-dək xəstəlik dərəcəsini vermək mümkündür”.
Aysel Şahmar