Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews report.az-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Məlikov Sərraf İldır oğlu yolu keçən zaman avtomobil onu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.