“Azərbaycanda əhalinin 10-15 faizi zəngin, bir o qədəri orta təbəqədirsə, yerdə qalanlar kasıbdır".
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.
“Əhalinin kasıb təbəqəsi üçün apteklər açaq, onlar gedib ucuz qiymətə dərman ala bilsinlər. Çünki Tarif Şurasından bir dəfə qiymətlərin azaldılmasını görmədik, ancaq qiymət bahalaşması qərarları verilir”, - deyə deputat əlavə edib.