“Anemiya xəstəliyinin bir çox yaranma səbəbləri var”.
Ednews xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin koordinatoru, tibb üzrə fəlsəfə doktoru, hematoloq Mehparə Kazımova deyib.
Hematoloqun sözlərinə görə, anemiyanın yaranma səbəblərindən birincisi körpənin ana südü ilə qidalanmamısıdır.
“1 yaşdan daha erkən uşaqların inək südü ilə qidalanması xəstəliyə səbəbdir. Həmçinin, orta yaş dövründə qızlarda baş verən fizioloji hallar orqanizimin mütəmadi dəmir itkisinə gətirib çıxarır. Tərkibində dəmir olan qidalar qəbul edilməssə, anemiya xəstəliyi qaçılmazdır. Orta və böyük yaş dövründə kəskin və xroniki qan itirmələr, potoloji hallar, müşahidə olunan xərçəng xəstəlikləri ilə ikinci xəstəlik kimi anemiya xəstəliyini görə bilərik. Xəstəliyin müaəlicəsi anında edilməlidir. Çünki, sonra daha ağır xəstəliyə gətirib çıxarır”.
Aysel Şahmar