Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Ednews xəbər verir ki, ərazidə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 3 minik, 35 yük avtomobili Xankəndidən Laçına, 1 yük avtomobili isə əks istiqamətə maneəsiz hərəkət edib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-yə çatıb.