NASA Kiyev şəhərinin üzərində görünən parıltının peykinin qalıqları olması barədə yayılan iddiaları təkzib edib.
Ednews Rainews-a istinadən xəbər verir ki, Kiyevin səmasını işıqlandıran, hava hücumu siqnalını işə salan sirli parıltının haradan peyda olduğu hələ də aydınlaşdırılır. NASA hazırda orbitdə olan peykinin qəzaya uğraması haqqında olan iddiaları inkar edir.
Bu barədə məlumatı ABŞ Kosmik Agentliyi yayıb. Qurum Kiyev rəsmilərinin İtaliya paytaxtının üzərində qeydə alınan parlaq məşəlin məhz kosmik gəminin qalıqları ilə əlaqələndirilməsini təkzib edib.
Mehri Ağayeva