"Bakı Metropoliteni"nin 2 yerüstü stansiyasının rəisi vəzifələrindən azad edilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı qurumun mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov yayıb.
Onun sözlərinə görə, "Bakmil" və "Xocəsən" stansiyalarının rəisləri tutduqları vəzifədən çıxarılıblar.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov əmrlər imzalayıb.
Sədrin əmrləri ilə həmin şəxslər xidmət daxilində yeni vəzifələrə təyin olunub.