Aprelin 2-də keçirilmiş imtahanlarda iştirakı nəzərdə tutulan 27896 nəfərdən 2079 nəfər imtahana gəlməyib.
Bu barədə Ednews-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, 19 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.