Gənclər və idman naziri Fərid Qayıbov "Formula 1" üzrə Azərbaycan Qran-prisini izləyən şəhid ailələri və qazilərlə görüşüb.
Ednews xəbər verir ki, nazir 44 günlük Vətən müharibəsində şücaət göstərən şəhid oğullarımızın qəhrəmanlığından söz açıb.
Onun sözlərinə görə, şəhidlərin ailə üzvlərinin və qazilərin ölkə əhəmiyyətli idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurvericidir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər yarışı izləmək üçün dəvət olunublar.