Zakir Həsənov Türkiyəyə başsağlığı verdi - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Cəmiyyət A- A A+
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi 
 
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. 
 
Bu barədə Ednews-a Müdafiə Nazirliyindən məlumat verilib. 
 
Başsağlığında deyilir:
 
"Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Şəhid hərbi qulluqçulara rəhmət diləyir, onların yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin". 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...