"Məktəb binasından yıxılan qız Bakıya gətirilib".
Ednews xəbər verir ki, bu barədə lent.az-a İsmayıllı rayonu Kürdmaşı kənd bələdiyyə nümayəndəliyindən bildirilib.
Verilən məlumata görə, hazırda uşağın vəziyyəti normaldır:
"Uşağın vəziyyəti qənaətbəxşdir. Valideynləri uşağı müayinə üçün Bakıya aparıb. Başqa bir məlumat yoxdur".
Qeyd edək ki, hadisə rayonun Kürdmaşı kəndində yerləşən orta məktəbdə qeydə alınıb. Burada 9-cu sinifdə təhsil alan 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılaraq, xəsarətlər alıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.