Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub.
Ednews xəbər verir ki, şəhid anadan olduğu Vurğun qəsəbəsində torpağa tapşırılıb.
***
09:50
Ermənistanın sərhəddə törətdiyi son hərbi təxribatları nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafada yaşadığı evə gətirilib.
Ednews xəbər verir ki, şəhidlə vida mərasimi keçirilir.
Şəhid O.Novruzəlizadə bu gün Ağstafa Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.