Mayın 14-ü axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklikdə yerləşən dağlıq ərazilərə düşüb.
Ednews xəbər verir ki, Quba rayonunun Xınalıq kənd sakinləri bildiriblər ki, yaşayış məntəqəsində qarın hündürlüyü 2-3 santimetrə çatır. Hazırda qar yağmaqda davam edir. Dağlıq ərazilərdə temperatur aşağı düşüb.