“Mən indi yaşadığım hər şeyin xəyalını qurmuşam” İTV-nin məşhur siması Aynur Fətullayeva – MÜSAHİBƏ

Cəmiyyət 16:00 18.05.2023
 
Hər gün yarıyuxulu vəziyyətində insanlara bol enerji bəxş edən verilişlər bizə “Sabahın xeyir” deyən proqramlar olur.  Aparıcıların bir-birindən maraqlı söhbəti, hazırlanan sujetlər və ab-havanın yüksək olması insanın enerji çatışmazlığını tamamlayır. 
 
İctimai televiziyanın efirində yayımlanan "Sabahın xeyir, Azərbaycan" verilişinin gülərüz aparıcısı Aynur Fətullayevanın bu sahədə yeri  danılmazdır. Səhərimiz onun ötürdüyü isti münasibətlə açılır, xoş söhbətləri ilə günə müsbət əhval-ruhiyyə ilə başlayırıq. 
Elə bu səbəblə aparıcı Aynur Fətullayeva ilə həmsöhbət olduq. 
 
Sözügedən müsahibəni təqdim edirik:
 
- Aynur xanım, bu yaxınlarda sizin ad gününüz idi. Şablon olsa da, ilk olaraq sizə bu sualla müraciət etmək istərdim. Ad günününüzdə özünüzə nələri arzu edirsiz?
 
- Əvvəl arzularım fərqli idi, indi tamam fərqlidir. Son illərdə dünyada yaşananlar o cümlədən pandemiya, müharibələr mənə növbəti il üçün salamat dünyanı, sağlam yaşamağın nə demək olduğunu öyrətdi. Həyatın hər anının dadını çıxarmağın vacibliyini bildirdi. Hətta nəfəs alanda belə deyirəm ki, həyat var, yaşayıram. İndi ağaca, gülə, yaşıllığa baxıb təkcə zövq almıram, onları anlayaraq yaşayıram, hiss edirəm. Bu həm yaxşı hissdir, həm də məni bir az qorxudur. Məşhur filmdə deyir, "əjəl mi məni girriyir"(gülür). Əgər nəfəs alırsansa, sağlam canla sabahı açırsansa, əzizlərin, doğmaların, işin hər şey yaxşıdırsa, hədəflərinə doğru gedirsənsə, həyat gözəldir.
 
-Doğum günü münasibətilə sizi ilk kim təbrik etdi?
 
-Həmişə ilk təbriki anam edir. Ən gözəl təbrik də anamdan gəlir. Mən doğum gününü sevən adamam. Saat 12 olan kimi təbriklər gəlir. İnandırım sizi, bu il bir-iki gün əvvəldən təbrik etməyə başlayıblar və hələ də ara-sıra təbriklər gəlir. 40 gün 40 gecə məsəli doğum günü keçirirəm.(gülür)
 
- Müsahibələrinizin birində demisiniz ki, həyatda hər şeyi axarına buraxan, dostluqda, münasibətdə sadiq və utancaq birisiniz. Amma utancaqlıqla "aparıcılıq" yanaşı işlənmir deyirlər, bunu necə bacarırsız? Ən azından bacarmasaz tamaşaçı sevgisini qazana bilməzdiz.
 
- Hə, tərs mütənəsib məqamlardır, heç necə bacarıram bilmirəm. Uşaqlıqdan sakit uşaq olmuşam indi də sakit təbiətli, utancaq biriyəm, dəyişməyə çalışmışam ancaq alınmayıb. Amma kamera işıqları yandısa, Aynur o komplekslərdən arınır, qarşısındakı qonaqla sərbəst olur. Səhnə və efir mənim özümü rahat hiss etdiyim yerdir. 
 
-Aynur Fətullayeva özünü bir cümlə ilə necə ifadə edər?
 
-Nə çətin sual oldu. Hətta bir cümlə ilə... Bunun üçün gərək mən bir həftə düşünüm (gülür)
 
- Son zamanlarda aldığınız hansı şad xəbər sizi hədsiz sevindirib?
 
- Mənimçün çox möhtəşəm xəbər elə ad günümdə oldu. Bacım aktrisadır, ona Prezident mükafatı verildi, artıq ikinci dəfədir bu mükafata layiq görülür. Elə doğum günümdə zəng etdi ki, səni təbrik edirəm, gözün aydın olsun Preziden mükafatı aldım və bu mənimçün ən gözəl hədiyyə idi. 
 
- Nə isə alınmayanda deyirlər "xeyirlisi bu imiş", bəs, siz həyatı necə dərk edir, bu kimi deyimlərə inanırsınızmı?
 
-Xeyirlisi bu imiş deyimindən hardasa razıyam, hardasa yox. Hər şeyə xeyirlisi bu imiş deyib əl çəkmək də düzgün deyil. Allah deyir,- "səndən hərəkət məndən bərəkət". İnsan da gərək cəhd göstərə, hərəkət edə. Bir kənarda oturum gözləyim ki, hə xeyirlisi olsun. Halva-halva deməklə ağız şirin olmur. İnsan özü çalışmalı, cəhd eləməlidir, buna inanan adamam. 
 
- Gəlin, bir az da sizin aparıcılıq fəaliyyətinizdən danışaq. Məlumdur, səhər verilişləri nə qədər xoş əhval ruhiyyəli olsa da bir o qədər də yuxusuzluq, gərginlik... Bunun öhdəsindən necə gəlirsiz? 
 
- Mənim motivasiyam, işimdir. İnanın, efirdən nə qədər yorğun çıxsam da desinlər ki, ikinci veriliş başlayır, bütün enerjimi toplayıb yenidən işə başlayaram. İşdən kənarda yorğun oluram, ancaq efirdə  həmin Aynuru görə bilməzsiz. 
 
- Sizcə, tamaşaçı öz aparıcısını, sevimli kanalını hansı kriterialara görə seçir? Nələrin olması mütləqdir ki, məhz, həmin telekanal və ya aparıcı fərqlənsin?
 
- Hər tamaşaçının öz zövqü, marağı var. Amma məni sevən tamaşaçıdan söhbət gedirsə, həmişə sadə və səmimi olmuşam. Məncə, məni sevənlər buna görə sevir. Öz dediyinə, özün inanmalısan. Bunu mənə hələ təzə başlayanda həmkarım Saleh Bağırov demişdi. Belə olan halda dediyin sözü ötürə biləcəksən. Gənclərə də məsləhət verərdim ki, özlərinə, öz sözlərinə inansınlar.
 
-Cavan jurnalistlərə nə tövsiyə edərdiniz? Ən çox nələrə diqqət etməlidirlər?
 
-Düşünürəm ki, gələn yeni nəsil çox güclüdür. Çünki müasir dövr texnologiya dövrüdür, əliniz hər yerə çatır. Mən indiki gəncliyi daha çox özünə güvənən, iddialı, arzularının dalıyca addımlayan görürəm. Bu məni sevindirir. Tövsiyə edirəm, işlərini sevsinlər, arzularını qucaqlasınlar və xəyal qursunlar.
 
-Xəyal dediniz, xəyallarınızla nələrə nail olmusuz?
 
-Mən indi yaşadığım hər şeyin vaxtında xəyalını qurmuşam. Xəyallarımı yaşadığım anlara gəldikdə deyirəm hə, bax, bunu xəyal etmişdim. Məsələn hansısa sənətkarı xəyal etmişəm ki, mənim verilişimin qonağı olsun, ondan müsahibə alım. İllər keçib həmin adam qonağım olub, ondan müsahibə də almışam. Ona da bildirmişəm ki, vaxtikən mən bunun xəyalını qurmuşam.
 
- Aynur xanım, ən çətin təcrübəniz nə olub?
 
- Mən bu işə başlayanda çox inamlı başlamışam. Özümdən o qədər əmin idim ki, bunu bacaracam. İnamlı olanda insan nəyi desən edər. Ən çətin təcrübəm bəlkə də, hələ olmayıb. Çünki güclü xarakterə malik biriyəm. Çətin çıxılmaz vəziyyətə belə müsbət tərəfdən baxıb, hansısa çıxış yolunu tapa bilirəm.
 
-Motivasiyadan düşdükdə, həyata qarşı fikirləriniz mənfi olduqda kim və ya nə sizin qollarınızdan tutur və deyir ki, sən bacaracaqsan, dayanma!
 
- Dünyada ən güclü motivasiya mənbəyim anamdır. Bütün çətin anımda onun yanına qaçmışam. Bəlkə hamı üçün anası elədir, ancaq mənim anam qədər insana motivasiya verəcək ikinci bir şəxs tanımıram. Bu gün nə uğur qazanmışamsa, özümə inanmışamsa bunun kökündə anam dayanır. Səninçün böyük görsənən problem onun dəstəyi ilə gözündə kiçikləşəcək. İkinci motivasiyamsa özüm və işimdir. Çünki özümə, uğuruma, bacaracağıma inanıram.
 
-Sizcə, Aynur Fətullayevanın güclü və zəif tərəfləri nələrdir?
 
-Güclü tərəflərim daha çoxdur. Özüm, keçdiyim müəyyən yol. Ən güclü tərəfim səbrli olmağımdır. Düşünürəm ki, çox da səbrli olmaq lazım deyil. Müəyyən məqamlar var ki, bir vaxtdan sonra yaxşı mənada yumruğu vurmaq lazımdır. (gülür). Zəif tərəfim tez ruhdan düşməyim, utancaqlığımdır. Bu dəqiqə başqa cür olub, iki dəqiqə sonra tamam başqa əhvalda ola bilirəm.
 
- Müsahibə üçün təşəkkür edirəm. Sizə həyatda daim güclü qalmağı arzu edirəm.
 
- Təşəkkür edirəm, siz sağ olun.
 
Ləman Abbaslı
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Hamısı