Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə şəhid Səbuhi Əhmədovun adı verilib.
Bu barədə Ednews-a Xətai Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.
Qurumdan verilən məlumatda qeyd ounur ki, rayonda "Abidə" küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Xətai rayonu ərazisində 3 küçəyə Rəcəb Məmmədov, Kəmalləddin Məmmədzadə və Səbuhi Əhmədov küçəsi adı verilib.
Ümumilikdə, rayon ərazisində 17 küçənin adı dəyişdirilib.