Şənbə günü 27 dərəcə isti olacaq - PROQNOZ - ednews.net

31 May, Çərşənbə

(+994 50) 229-39-11

Şənbə günü 27 dərəcə isti olacaq - PROQNOZ

Cəmiyyət A- A A+
Mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. 
 
Milli Hidrometeorologiya Xidmətindən Ednews-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq.
 
Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...