Güllələnən Biləsuvar sakini ÖLDÜ, qohumu saxlanıldı - YENİLƏNİB - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Güllələnən Biləsuvar sakini ÖLDÜ, qohumu saxlanıldı - YENİLƏNİB

Cəmiyyət A- A A+
Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alan 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayev ölüb.
 
Bu barədə Ednews-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
 
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
 
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
11:05
 
Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
 
DİN-in mətbuat xidmətinin regional qrupundan Ednews-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. 
 
O, hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
 
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 
 
Araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...