Adriana Aristizabal: "Fermerlərin əkin sahələrini qoruması üçün daha çox proqrama ehtiyacımız var " - ÖZƏL - VİDEO - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Adriana Aristizabal: "Fermerlərin əkin sahələrini qoruması üçün daha çox proqrama ehtiyacımız var " - ÖZƏL - VİDEO

Cəmiyyət A- A A+
Bu gün Bakıda “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq konfrans öz işinə başlayıb.
 
Ednews xəbər verir ki, konfrans Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir. Konfransda yerli qonaqlarla yanaşı xarici qonaqlar da iştirak edir.
 
IVOICE-nin yaradıcısı və baş direktoru, Kolumbiya və Nyu-Yorkun Şurasının keçmiş sədri Adriana Aristizabal konfrans iştirakçılarından biri olaraq bu cür konfransın əhəmiyyətindən danışdı:  "Bu, davamlı inkişaf məqsədləri ilə bağlı mühüm hadisədir və icmalarımız üçün firavanlıq və bolluğa aparan yoldur."
 
O əlavə etdi ki, biz bir növ qlobal hərəkat təşkil etməliyik ki, burada insanlar əkin sahələrini geri qaytarmaq,  fermerlərin geri qayıtmasına dəstək olmaq üçün fəal iştirak edə bilsinlər:
 
"Bizim Sülhün Kökləri kimi təşkilatların proqramlarına daha çox ehtiyacımız var, məsələn, fermerlərə öz torpaqlarına necə qayıtmaq, əkin sahələrini necə qorumaq və firavan olmaq yolunda  kömək etmək üçün bizə bu cür proqramlar lazımdır"
 
Fuad Abbasov


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...