Müstəqillik Gününə həsr olunmuş “Əbədi Miras: Müstəqillik” adlı tədbir keçirilib

Cəmiyyət 14:40 26.05.2023
İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Əbədi Miras: Müstəqillik” adlı tədbir keçirilib.
Ednews  xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyində 50-dən çox gəncin iştirakı ilə keçirilən tədbir Dövlət Himinin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. 
Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, 105 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixinə olduqca mühüm hadisə kimi daxil olub. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan özünü Cümhuriyyətinin varisini elan etdi və suverenliyini qoruyub saxlamağı bacardı. 
Bildirilib ki, bu gün müasir Azərbaycan 105 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın istəyi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan “İRƏLİ” İctimai Birliyin sədri Şahin Rəhmanlı bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
 Daha sonra Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixindəki rolu mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması olduqca keşməkeşli dövrdə baş tutub. 23 aylıq fəaliyyət dönəmində Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir. Çıxış müddətində həmçinin Nəsiman Yaqublu AXC-nin fəaliyyəti müddətində ordu quruculuğu, təhsil və mədəniyyət sahələrinin inkişafı, Azərbaycanın yenidən müstəqilliyinin qazanılmasında və cümhuriyyət irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir sıra tədbirlər haqqında ətraflı məlumatlar çatdırıb. 
Tədbirin sonunda auditoriyanın çoxsaylı sualları cavablandırılıb, xatirə fotosu çəkdirilib.
 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı