Ödənişsiz seanslar keçirərsinizmi? Psixoloqlar arasında SORĞU

Cəmiyyət 17:40 26.05.2023
Son illərdə ölkəmizdə psixoloq xidmətinə müraciətlər artıb.
 
Psixoloji sarsıntı keçirən, mənəvi dəstəyə ehtiyacı olan insanlar psixoloqlara müraciət edirlər. 
 
Bəzənsə bir qrup şəxslər üçün bu xidmət elə də əlçatan olmur. Şəhid ailələri, qazilər, əqli məhdudiyyətli şəxslər, ailəsində şiddət görən qadınlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, tələbələr, erkən nikah qurbanları və digər müəyyən kateqoriya insanlar psixoloq yardımı almaq istəsələr də, bəzən qiymət səbəbilə qəbula yazılmaqda çətinlik çəkirlər. Həm də nəzərə alsaq ki, müalicə bir seans yox, çox vaxt bir neçə seans tələb edə bilir, o zaman iş daha da qəlizləşir.
 
Ölkədə dövlət tərəfindən maliyyələşən və ödənişsiz fəaliyyət göstərən psixoloji mərkəzlər var. Maraqlıdır, bəs özəl mərkəzlərdə xüsusi kateqoriya şəxslər üçün güzəştli psixoloji xidmət mövcuddurmu?    
 
Bunu öyrənmək üçün bəzi tanınmış psixoloqlar arasında keçirdiyimiz sorğunun cavablarını təqdim edirik:
 
Fərqanə Mehmanqızı
 
“Psixoloq xidməti nəinki Azərbaycanda, bütün dünyada lüks xidmət sayılır, bu birmənalıdır. Niyə bahadır? – çünki bu bir komfortdur. Savadlı psixoloq, bu sahənin mütəxəssisi olmaq külli-miqdarda maddiyyat tələb edir. Ödənişli əsaslarla universitet təhsilini hələ bura aid etmirəm. Çünki universiteti bitirən şəxs psixologiya elminin praktik əsasları barədə hələ heç nə bilmir, onun sadəcə nəzəri bazası var. Həmin  şəxs mütləq gedib ölkədə və xaricdə kurslar keçməli, müxtəlif proqramlar öyrənməlidir. Praktika özü ödənişlidir, elmi kitablar çox bahadır. Bir sözlə, savadlı psixoloq olmaq istəyən şəxs özünə yatırım etməlidir. Çalışdığım mərkəzdə uşaq seansları 15-18 manat arası dəyişir. Elə olur ki, valideyn zəng edir, bundan da aşağı qiymət istəyir, bu, düz deyil. Bir seansla psixoloji xidmət tamamlanmır, bəzən aylar tələb edir. Nəticədə qiymət kimlərəsə baha görünür. Böyüklər üçün isə qiymət çox yerdə minimum 50 manatdan başlayır. Doğru psixoloji müalicə istəyən şəxs işinin əhli olan mütəxəssisə müraciət etməlidir. Bu da təbii ki, ödənişdə fərqdir. Öz təhsilinə yatırım etməyən, pul xərcləməyən psixoloqa savadlı demək olmaz. Təhsillə iş bitmir, insan daim öz üzərində işləməli, həyatı boyu öyrənməlidir. 
 
 
Müəyyən kateqoriya şəxslərlə ödənişsiz və ya endirimli qiymətlərlə seanslar keçirmək isə bir az individual məsələdir, baxır vəziyyətə. Qeyd edim ki, dövlət belə şəxslər üçün xüsusi psixoloji xidmət təşkil edib, qaynar xəttlə əlaqə saxlayıb dəstək almaq olar. Praktikamda olub, ailə olaraq qəbuluma gəliblər, psixoloji vəziyyətləri qənaətbəxş deyildi, böyük sarsıntı keçirmişdilər. Geri çevirsəydim, faciə baş verərdi. Ona görə, valideynlə ödənişsiz məşğul oldum, əlimdən gələni etməyə çalışdım”.
 
Rövşən Nəcəfov
 
“Hazırda “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” ictimai birliyinin psixoloquyam. Həmin İB-də psixoloji xidmətləri təmənnasız olaraq həyata keçirirəm. Bunu etmək onlar qarşısında borcumuzdur. Digər həssas qruplara gəlincə, onlar üçün də təşkil olunan layihələr çərçivəsində çalışıram ki, mənəvi dəstəyimi əsirgəməyim, belə təşəbbüsləri dəstəkləyirəm. Cəmiyyətimizin həssas və dəyərli insanlarına əlimizdən gəldiyi qədər kömək etməyə səy göstəririk”.
 
 
Gülşən Rüstəmova
 
“Ödənişsiz psixoloji seanslar keçirirəm. Müharibə zamanı əsgərlərimizə bəzən evlərilə əlaqə saxlamaq, ailə üzvlərilə danışmaq imkanı verirdilər. Həmin vaxtlarda mənə onlardan zənglər gəlirdi, deyirdilər ki, bizə motivasiya verin. Əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq üçün telefonla psixoloji söhbətlər aparırdıq. Müharibədən sonrakı fəaliyyətimi sırf qazilər və şəhid ailələrinə həsr etdim. Ödənişsiz seanslar paket şəklində təqdim olunurdu. Müraciətlər olurdu. Bununla bağı sosial şəbəkələrdə və digər internet resurslarında elan yerləşdirmişdim. Gələ bilməyən şəxslərlə onlayn görüşlər edirdik, bu müharibə iştirakçılarına çox yaxşı təsir edirdi. Müharibədən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hazırda da bu fəaliyyətimi davam etdirirəm. Müraciətlərin çoxu bölgələrdən olduğu üçün onlayn formada baş tutur. Hazırda Lənkəran, Xaçmaz, Quba rayonlarından qəbula yazılan qazilərimiz var. Ehtiyac olduğu halda onların ailə üzvləri ilə də söhbətlər aparırıq. Düşünürəm ki, qazilərimizin, şəhid ailələrinin maddi-mənəvi vəziyyətini yaxşılaşdırmaq üçün vətəndaş olaraq hər birimiz öz sahəmiz üzrə müəyyən işlər görə bilərik. Bu bizim vəzifə borcumuzdur”.
 
 
Əli Xəlilov
 
“Aprel döyüşlərindən indiyə kimi mütəmadi olaraq qazi və şəhid ailələri üçün psixoloji seanslar keçirirəm. 44 günlük müharibə, pandemiya dövrlərində də bu davam etdi. Xüsusi təyanatlılardan çox müraciətlər olurdu, tam təmənnasız onları qəbul edirdim. İndi də qohumları, övladları müraciət edir, çalışırıq endirimlər edək. Xüsusi qayğıya ehtiyacı olan digər kateqoriya insanları da diqqətdə saxlayırıq. Bəzən müalicə çox seans tələb edir, ödənişlərdə güzəştlər edirik. Bəzənsə bundan sui-istifadə edirlər. Endirim istəyirlər, amma sonradan görürük ki, heç o şəxsin maddi sıxıntısı yoxdur, ödənişi tam edə bilər. 
 
 
Deməzdim ölkədə psixoloji xidmət bahadır. Fərqli ölkələrdə olmuşam, hətta işləmişəm. Digər ölkələrə və xidmət sahələrinə baxanda Azərbaycanda psixoloq xidməti deyərdim ki, aşağıdır. Razıyam, bəziləri kosmik qiymətlər qoyur, heç o şəxslər ixtisasları üzrə  yetəri qədər savada malik deyillər. Sosial şəbəkələrdə özlərini reklam edirlər. İnsanlar psixoloqa gedib on seans götürmür, amma bir dərmana və ya analizə həmin pulu verə bilirlər. Düşünürlər ki, dərman vasitəsinə çox pul vermək olar, amma psixoloji xidmətə yox. Qonşu ölkələr – Rusiya, Gürcüstan, Türkiyədə olan psixoloq həmkarlarımla əlaqələrim var, qiymətlər bizdəkindən bahadır. Hər kəs cibinə uyğun psixoloq tapa bilər. Amma bir həqiqət var ki, savadlı mütəxəssis olmaq xərc tələb edir, daim özünü inkişaf etdirən psixoloq seanslardan əldə etdyi gəliri yenə də özünün təhsilinə yatırır”.
 
Gülnar Orucova 
 
“Əvvəla, onu deyim ki, ölkədə psixoloq xidməti heç də baha deyil. Qiymətlərə nəzər salsaq, görərik. Psixoloqlar yox, əsasən yaşam koçları (life coaching), enerji ilə işləyən şəxslərin seans qiymətləri bahadır, 200-250, bəzi spirtualistlərdə isə qiymət hətta 700 manat təşkil edir. Psixoloji mərkəzlərdə isə qiymətlər 25-30 və 50 manat arasıdır. Bəzi mərkəzlərdə hətta 8-12 manatdır. Bu gün savadlı, iş təcrübəsinə malik psixoloq üçün 50 manat heç də baha deyil. Ölkədə savadlı psixoloqların sayı azdır. Bu gün bəziləri ixtisasına uyğun olmadığı, hətta universitet təhsili belə olmadan yaşam koçu kimi insanları özünə cəlb edir, özünü psixoloq adlandırır. Yaşam koçu psixoloq deyil. 
 
 
Bizim mərkəzdə hərbçi övladları, tək valideynli (valideynini itirən və ya valideynləri boşanmış) uşaqlar, qaçqın və məcburi köçkünlər üçün 20 faiz güzəşt var. Qazilər üçün xüsusi seminarlar təşkil edirik, həm bölgələrdə, həm mərkəzdə. Əqli məhdudiyyətli uşaqlar üçün də endirimlərimiz var. İlkin qəbul və diaqnostika ödənişsizdir, bəzi yerlər bunu ödənişli edir. Bizdə psixopedaqoqlar, loqopedlər, duyu bütünləmə uzmanı var. 
 
Sırf uşaqlar üçün dövlət psixonevroloji mərkəzi, həm böyüklər, həm də uşaqlar üçün psixi sağlamlıq mərkəzi fəaliyyət göstərir. Hospitallarda da ödənişsiz psixoloq xidməti var, icbari tibbi sığorta agentliyi də artıq xidmətlər zərfinə psixoloq qəbulunu əlavə edib”. 
 
Nuriyyə Quliyeva
 
"Ölkədə psixoloji mərkəzlərdə qiymətlər standart deyil, 10-20 manatdan tutmuş, 300 manata kimi tapmaq olar. Biz təhsilimizi artırmaq, özümüzü inkişaf etdirmək üçün davamlı şəkildə xaricə üz tuturuq, təlimlərdə iştirak edirik, bu da maliyyə tələb edir. Həm də nəzərə alsaq ki, psixoloqun işi gərgin və ağır işdir, düşünürəm ki, bu xidmətin ucuz olması düzgün olmaz.
 
 
Biz mərkəz olaraq faəliyyətə 2011-ci ildə başlamışıq. Bu günə kimi ehtiyacı olan imkansız şəxslərə endirimlər etmişik, ödənişsiz xidmətlər də göstərmişik. Aztəmintlı ailələrə, tələbələrə, ailəsindən gizli şəkildə gələn şəxslərə güzəştlər edirik. Özəl müəssisə olduğumuz üçün bunu limitli sayda edə bilirik. Hər ay bir neçə pasientə güzəştlər olunur”.
 
 
Törə Zeynal
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı