Xırdalanda YANĞIN: 2 nəfər ZƏHƏRLƏNDİ

Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib. 
 
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 
 
Bildirilib ki, səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 p.m kabel yanıb. 
 
Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. 
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
 
İlham Əliyev xalqa müraciət edir - Canlı