Azərbaycanlı blogerlər Özbəkistanda səfərdədir

Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin üzvləri Özbəkistanda səfərdədir. 

Ednews xəbər verir ki, blogerlər Özbəkistanın Azərbaycandakı Səfirliyi və Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan "Özbəkistanın parlaq rəngləri" layihəsi çərçivəsində press-tura qatılıblar.

Səfərin məqsədi Özbəkistanın turizm potensialını, gəzməli yerlərini araşdırıb səyahət planları hazırlamaqdır. Həmin səyahət planları Özbəkistana səyahət etmək istəyənlər üçün xəritə rolunu oynayacaq, səyahətsevərlər bütün gəzməli yerlərin, məşhur şəhərlərin tur proqramını əldə edə biləcəklər.

Layihə çərçivəsində press-tur iştirakçılarının Daşkənd, Səmərqənd, Kokand, Margilan, Fərqanə, Ürgənc, Xivə, Buxara kimi şəhərlərə, eləcə də Gicduvan və Riştan kimi tarixi yerlərə səfərləri təşkil olunacaq. 

Məlumat üçün bildirək ki, Azərbaycan Turizm Blogerləri Assosiasiyası 2020-ci ildən fəaliyyətə başlayıb. Assosiasiyanın üzvləri tanınmış bloggerlər, jurnalistlər və ölkədə turizm sahəsində çalışan və geniş auditoriyaya malik səyahətçilərdir. Assosiasiyanın İdarə Heyətinin sədri isə tanınmış səyahətçi və səyahət proqramlarının müəllifi Azər Qəribdir.

 
Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU